Nigeriyada dəhşətli epidemiya: 149 nəfər öldü

image-5a015d0f99f0ebackend

 Nigeriyada vəba epidemiyasından ölənlərin sayı 149-a çatıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Nigeriya Xəstəlik Nəzarət Mərkəzi yayıb. Açıqlamada bu zamana qədər 5 451 insana vəba xəstəlik diaqnozu qoyulduğu və xəstəlik səbəbi ilə həyatını itirənlərin sayının 149-a çatdığı qeyd olunub.

“Vibrio” bakteriyasının səbəb olduğu, qida və su yolu ilə yoluxan vəba şiddətli ishal və vücudda su itkisinə yol açır. Xəstəlik müalicə edilmədiyi təqdirdə ölümcül ola bilir.

Nigeriyada keçən il 1 174 nəfər vəba xəstəliyindən həyatını itirib.

Ölkədə təmiz su çatışmazlığından başqa tibbi müdaxilənin səmərəsizliyi xəstəlik və ölüm riskini artırır.

Qeyd edək ki, ölkədə malyariya, poliomielit, tif və meymun çiçəyi kimi epidemiyalara da geniş rast gəlinir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90