“Nikosayağı”nın qəza törətdiyi “Porsche” satılır – FOTO

image-nikosayagi_mehkeme_a1backend

“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin qəzaya düşdüyü avtomobil satışa çıxarılıb.

Busaat.az bildirir ki, “unikal”ın məlumatına görə, “Porsche” markalı avtomobil 20 min dollar ( 34 min AZN) qiymətində elan saytların birində yerləşdirilib.

Qeyd edək ki, ötən ilin avqustunda N. Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, “Nikosayağı”nın qolu isə amputasiya edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90