Nyu York metrosunu siçanlar BASDI – VİDEO

image-new-york-metrosunda-ilginc-anlar-metroda-uyuyakalan-sahisin-uzerine-fare-cikti-8647backend

Nyu York metrosunda yatan adamın üzərində siçovulların süründüyü görülüb. ABŞ-ın Nyu-York şəhərində infrastruktur və baxımsızlıq problemləri səbəbindən siçovullar metro xəttini basıb.

Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə dünyanın ən qədim və ən böyük metro nəqliyyat xəttinə sahib olan Nyu-York metrosunda siçovulların gəzdiyini əks etdirən video yayımlanıb.

Yayımlanan videoda qəfildən siçan peyda olub və sərnişinin ayaqlarına dırmaşmağa başlayıb. Kişi siçanın bədəninin ətrafında sürünməsindən xəbərsiz yatmağa davam edib. Daha sonra siçan kişinin qolundan yuxarı, boynuna və körpücük sümüyünə qədər hərəkət edib. Siçan kişinin çiynindən boynunun arxasına doğru hərəkətə davam edib. Boynunda nəyinsə süründüyünü hiss edərək oyanan kişi qarşısındakı siçanı görüb yerindən atılıb.

Busaat.az

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90