“Ögey ana” filmində Solmaz obrazını canlandıran Almaz Məmmədova bu gün vəfat edib.
Busaat.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun yaxınları məlumat verib.
Bildirilib ki, A.Məmmədova 80 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, A.Məmmədova “Ögey ana”dan sonra heç bir filmdə çəkilməyib və həmişə mediadan uzaq olub.