Dinozavrların tapılmasından 40 milyon il əvvəl yaşadığı güman edilən salamandrə bənzər heyvan aşkar edilib.
Busaat.az xəbər verir ki, elm adamları təxminən 10 il əvvəl kəşf edilən 4 fərqli nümunədən götürülmüş kəllə və onurğa sümükləri də daxil olmaqla bəzi fosilləri analiz ediblər.
Tədqiqatçılar Namibiyada tapılan və “Qayasiya jenyae” adlandırılan 280 milyon illik bu canlının başının təxminən 60 santimetr olduğunu müəyyən ediblər.
Elm adamları bu heyvanın bataqlıqların və göllərin dibində yaşadığını təxmin edərək, bu salamandra bənzər canlının ilk dinozavr növündən təxminən 40 milyon il yaşlı olduğunu müəyyən ediblər.
Araşdırmanın müəlliflərindən biri olan Ceyson Pardo Qayasianın bu qədər yaşlı olmasının təəccüblü olduğunu bildirib.
Pardo bu heyvanın 40 milyon il əvvəl nəsli kəsilmiş orqanizmlərlə əlaqəli ola biləcəyini bildirib.