Prezidentin rəsmi qarşılanma mərasimi oldu – Video

image-590375993_920515910776377_9182735847091027881_nbackend

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub.

Busaat.az xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki