İran Pakistan vasitəsilə ABŞ-ın atəşkəs təklifinə cavab verib.
Busaat.az xəbər verir ki, Tehran cavabında Vaşinqtonun təşəbbüsünü rədd etdi və öz tələblərinin on bəndlik siyahısını təqdim etdi.
Bunlara hərbi əməliyyatların tam dayandırılması, gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsi üçün protokolun yaradılması və İslam Respublikasına qarşı sanksiyaların aradan qaldırılması daxildir.
İran əvvəlki təcrübəyə əsaslanaraq, atəşkəsi rədd edib və İranın mülahizələrini nəzərə alaraq müharibənin yekun şəkildə dayandırılmasının vacibliyini vurğulayıb.
Yeganə








