Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.44 $▼0.36%
  • WTI neft101.94 $▲0.59%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.029 $▼1.14%
  • Qızıl4 081 $▲0.61%
  • Gümüş54.04 $▼0.13%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.50 ¢▼1.96%
  • Bitcoin81 227 $▲0.53%
  • Ethereum2 362 $▲0.64%
  • S&P 5007 744▲0.27%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
İqtisadiyyat

Borc müqaviləsi niyə vacibdir?

image-borc
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gündəlik həyatda insanlar tez-tez bir-birilərinə borc pul verir. Bu münasibətlər çox vaxt qarşılıqlı etibar əsasında qurulur və əksər hallarda yazılı şəkildə rəsmiləşdirilmir. Lakin sonradan tərəflər arasında mübahisə yarandıqda borc münasibətlərinin düzgün sənədləşdirilməməsi tərəflərin hüquqlarının qorunmasını xeyli çətinləşdirir.

Busaat.az xəbər verir ki, praktikada borc münasibətləri ilə bağlı məhkəmə mübahisələrinin əhəmiyyətli hissəsi məhz müqavilənin yazılı şəkildə bağlanmaması və ya borcun verilməsi və qaytarılması ilə bağlı yazılı sübutların olmaması səbəbindən yaranır.

Qanunvericiliyə əsasən, borcun məbləği 3000 manatdan artıq olduqda, həmçinin borcun məbləğindən asılı olmayaraq müqavilə tərəflərindən biri hüquqi şəxs olduqda, borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır.

Yazılı müqavilə tərəflərin iradəsinin aydın ifadə olunmasına imkan verir. Bu zaman borcun məbləği, qaytarılma müddəti, qaytarılma üsulu (birdəfəlik və ya hissə-hissə), eləcə də digər şərtlər dəqiq müəyyən edilir. Bu isə gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına kömək edir, eyni zamanda tərəfləri gələcəkdə yarana biləcək mübahisələr zamanı ağır sübutetmə yükündən də qoruyur.

Əgər qanunda tələb olunduğu halda müqavilə yazılı formada bağlanmazsa, tərəflər arasındakı münasibət borc münasibəti kimi deyil, əsassız varlanma qaydaları çərçivəsində qiymətləndirilə bilər. Bu isə tərəflər üçün hüquqi baxımdan daha əlverişsiz nəticələrə səbəb ola bilər. Belə ki, əsassız varlanma ilə bağlı tələblər üzrə iddia müddəti iki il təşkil edir. Halbuki borc müqaviləsindən irəli gələn tələblər üzrə üç illik iddia müddəti tətbiq olunur.

Borc müqaviləsi ilə yanaşı, tərəflərin müqavilədən irəli gələn öhdəliklərinin icrasının da müəyyən formada sənədləşdirilməsi vacibdir. Yəni borcverənin pul vəsaitini verməsi və borcalanın borcu qaytarması ilə bağlı hərəkətlər də mümkün qədər yazılı şəkildə təsdiq edilməlidir. Məsələn, bank köçürmələri, qəbzlər, tərəflər arasında aparılmış yazışmalar və digər vasitələrlə.

Əks halda, yəni borc münasibətinin şifahi şəkildə qurulması və pul vəsaitinin heç bir yazılı təsdiq olmadan əlbəəl verilməsi və qaytarılması hallarında tərəflərin bu faktları sübut etməsi çətinləşir və iddia etdikləri halları kifayət qədər mötəbər sübutlarla təsdiq edə bilmədikləri üçün məhkəmələr tərəfindən iddiaları rədd edilir və ya irəli sürülən etirazları qəbul olunmur.

Borc münasibətlərinə daxil olarkən gələcəkdə yarana biləcək hüquqi risklərin qarşısını almaq üçün aşağıdakı məqamlara diqqət yetirilməsi tövsiyə olunur:

– borcun məbləği 3000 manatdan artıq olduqda mütləq yazılı müqavilə bağlamaq;

– müqavilədə borcun məbləğini, qaytarılma müddətini və ödəniş qaydasını dəqiq göstərmək;

– mümkün olduqda pul vəsaitini bank köçürməsi vasitəsilə vermək;

– borcun verilməsi və qaytarılması zamanı qəbz və ya yazılı təsdiq almaq;

– tərəflər arasında aparılan mesajlaşmaları və digər yazışmaları saxlamaq;

– zəruri hallarda müqavilənin tərtibi üçün peşəkar hüquqi məsləhət almaq.

Borc müqaviləsinin düzgün tərtib olunması və münasibətlərin şəffaf şəkildə rəsmiləşdirilməsi tərəflərin hüquqlarının qorunmasına, gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına və mülki dövriyyədə hüquqi müəyyənliyin təmin olunmasına xidmət edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=181620