Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.05 $▲0.68%
  • WTI neft86.52 $▲0.99%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.301 $▲2.74%
  • Qızıl4 039 $▼2.09%
  • Gümüş51.51 $▼3.27%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 765 $▼1.98%
  • Ethereum2 055 $▼3.62%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Paşinyan Moskvadakı açıqlamaları ilə gündəm oldu - Video

image-nikol
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Məlum olduğu kimi, dünən Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutub.

Busaat.az xəbər verir ki, görüş zamanı Ermənistan Baş naziri bir sıra açıqlamaları ilə diqqət çəkib.

Belə ki, Vladimir Putin Ermənistanda daxili siyasi proseslərin iştirakçılarının bəzilərinin Rusiya pasportuna sahib olmalarına baxmayaraq, cəzaçəkmə müəssisələrində olmalarına dair fikirlər səsləndirib. Ermənistan mediası Rusiya liderinin burada hazırda İrəvanda ev həbsində olan “Taşir” şirkətinin rəhbəri, erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanı nəzərdə tutduğunu vurğulayıb.

Paşinyan isə Rusiya liderinin bu açıqlamasına cavab olaraq, Ermənistan həbsxanalarında siyasi məhbusların olmadığını deyib.

O, həmçinin ölkəsində sosial şəbəkələrin tamamilə azad olduğunu və heç bir məhdudiyyətlərin olmadığını bildirib.

Eyni zamanda, Ermənistan Baş naziri iyunun 7-də ölkədə keçiriləcək parlament seçkiləri məsələsinə də toxunaraq, həmin seçkilərdə yalnız Ermənistan pasportuna sahib şəxslərin iştirak edə biləcəyini vurğulayıb:

“Ermənistan Konstitusiyasına əsasən, Rusiya pasportuna sahib şəxslər nə deputatlığa, nə də Baş nazir postuna namizəd ola bilərlər”.

Paşinyanın bu açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Xatırladaq ki, S.Karapetyan “Güclü Ermənistan” partiyasından ölkənin Baş naziri vəzifəsinə namizəd olub.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=181686