Tehran Pakistan vasitəçiləri vasitəsilə müharibəni dayandırmaq üçün Vaşinqtona on bəndlik plan təqdim edib.
Busaat.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
Nəşr iddia edir ki, İran öz planında təcavüz etməmə zəmanətini, sanksiyaların tamamilə ləğvini və Tehranla müttəfiq qüvvələrə qarşı da daxil olmaqla atəşkəs tələb edir.
Bunun müqabilində İslam Respublikası Hörmüz boğazını gəmiçilik üçün açmağa hazırdır, lakin bir şərtlə: hər gəmi üçün iki milyon dollara qədər ödəniş.
Məlumata görə, Donald Tramp artıq planı dəyərləndirib və onu əhəmiyyətli, lakin kifayət qədər yaxşı olmayan təklif adlandırıb.
Əvvəllər bildirilirdi ki, Tehran müvəqqəti atəşkəs çərçivəsində Hörmüz boğazını açmaq niyyətində deyil.
Daha sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bəyan edib ki, ölkə düşmən olmayan ölkələrin gəmiləri üçün boğazdan təhlükəsiz keçidi sadələşdirib.
Yeganə








