Aprelin 7-də ABŞ prezidenti Donald Tramp İrana vəd etdiyi zərbələr vasitəsilə bütöv bir sivilizasiyanın məhv edilməsini təklif edib.
Busaat.az xəbər verir ki, o, bu barədə “Truth Social” səhifəsində yazıb:
“Bu gecə (8 aprel) bütöv bir sivilizasiya öləcək və o, heç vaxt geri qaytarılmayacaq. Bunun olmasını istəmirəm, amma yəqin ki, olacaq”.
Tramp indi İranda daha ağıllı və daha az radikal ağılların hakimiyyətdə olduğunu bir daha təkrarlayıb və ümid etdiyini bildirib ki, gün ərzində inqilabi və möcüzəvi bir şey baş verəcək.
Yeganə








