Onların orta maaşı 2209 manatdır – RƏSMİ

image-1747301011_manatttjpg-1747301797-1backend

Bu ilin yanvar-mart aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 962 manat təşkil edib.

Busaat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 632 manat, özəl sektorda isə 2 209 manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12%, o cümlədən dövlət sektorunda 13%, özəl sektorda isə 11 % artıb.

Aprelin 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,8 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 3% çoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki