Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
Son dəqiqə
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

Ötən gecə İsrailə 200-dən çox raket atılıb

image-israil

Ötən gecə ərzində Qəzza zolağından İsrail ərazisinə 200-dən çox raket atılıb.

Busaat.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Raket atışlarının sayı dünən saat 19:00-dan bu gün saat 7:00-a qədər qeydə alınıb.

“Atılan 30-a yaxın raket Qəzza zolağına düşüb. Raket əleyhinə müdafiə sistemi 100-dən çox raketin qarşısını alıb”,-deyə açıqlamada bildirilib.

Qeyd edək ki, toqquşmaların başladığı gündən etibarən Fələstin ərazilərindən İsrailə 2000-dən çox raket atdığı bildirilir.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul