Ötən il aparılan ticarət əməliyyatlarının məbləği açıqlandı

image-idxalbackend

Ötən il Azərbaycanda 52,7 milyard ABŞ dollarına yaxın ticarət əməliyyatları aparılıb.

Busaat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Qeyd edilib ki, bunun 14 milyard 539,8 milyon dolları idxalın, 38 milyard 146,6 milyon dolları isə ixracın payına düşür.

Məlumatda, həmçinin bildirilir ki, keçən il Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Qazaxıstan qərarlaşıb.

2022-ci ildə Rusiyaya 928,6 milyon ABŞ dolları, Türkiyəyə 713,1 milyon dollar, Gürcüstana 228,4 milyon dollar, İsveçrəyə 198,4 milyon dollar, Qazaxıstana isə 102,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90