Ötən il istehlakçılara 154 milyondan çox ƏDV qaytarılıb

image-cekfssfbackend

Ötən il ərzində istehlakçılara ödənilən ƏDV məbləği açıqlanıb.

Busaat.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

2023-cü il ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilmiş xidmətlərə görə ödənilmiş ƏDV-nin 154 milyon 178,8 min manatı geri qaytarılıb.

Qeyd olunub ki, ölkəmizdə bir sıra sahələrdə malların alışı və xidmətlərin göstərilməsi zamanı ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5 faizi, nağd ödənişlər üzrə isə 5 faizi müvəkkil bank tərəfindən istehlakçılara geri qaytarılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki