Özünü öldürən polis kimdir?

image-1633757081_polisiabackend

Bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində güllə xəsarətindən vəfat edən polis əməkdaşı İ.Qasımovun DYP zabiti olması üzə çıxıb.

 

Xidməti silahla ehtiyatsız davranma səbəbindən aldığı güllə xəsarətindən ölən 1994-cü il təvəllüdlü İ.Qasımov Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin baş inspektoru vəzifəsində çalışıb. Baş leytenant rütbəsini daşıyan 28 yaşlı İ.Qasımov ailəli və 2 azyaşlı uşaq atası olub.

 

Hadisənin hansı şəraitdə baş verməsi hələlik tam aydınlaşmayıb.

 

Daxili İşlər Nazirliyi İ.Qasımovun ehtiyatsızlıqdan açılmış atəş səbəbindən öldüyünü açıqlayıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90