Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 256 $▼0.64%
  • Ethereum2 329 $▼1.11%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
İdman

Pakistan əsilli futbolçu “Qarabağ”a gəlir?

image-pakistanfutbol

Kiprin APOEL klubunun norveçli futbolçusu Qayas Zahid Azərbaycandan təklif alıb.

Busaat.az xəbər verir ki, bu barədə Kipr mətbuatı yazıb.

APOEL-lə müqaviləsi bir neçə günə başa çatacaq Pakistan əsilli hücumameyilli yarımmüdafiəçi Azərbaycanın adı çəkilməyən bir klubundan yaxşı təklif alıb. Həmçinin, onun Türkiyədən də 600 minlik təklif aldığı bildirilir. Ona görə də futbolçunun yaxşı fikirləşdikdən sonra qərarını açıqlayacağı deyilir.

Türkiyədən bu klubun Super Liqadan I diviziona düşən “Ankaragücü” (son qış fasiləsində bu klub onu heyətinə qatmaq istəyirdi – S.M.), Azərbaycandan isə bunun “Qarabağ” olduğunu ehtimal etmək olar. “Qarabağ” daha əvvəl Norveç millisinin hazırda Yaponiya çempionatında oynayan futbolçusu Tarik Əl-Yunusini icarəyə götürüb. Ağdam təmsilçisi Mərakeş əsilli futbolçunu 2017-ci ilin avqustunda Yunanıstanın “Olimpiakos” klubundan icarəyə götürmüşdü.

Qeyd edək ki, Qayas Zahid Norveç millisində iki oyun keçirib. Yunanıstanın “Panatinaikos” klubunda da çıxış etmiş futbolçu ötən ilin noyabrında yığmada keçirdiyi ikinci matçında UEFA Millətlər Liqasının Avstriya ilə matçının 61-ci dəqiqəsində hesabı açan futbolçu olub (1:1).

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul