Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

Pakistanda genişmiqyaslı əməliyyat SİQNALI

image-pakistan

Pişəvərdə məscidə intiharçı hücumundan sonra genişmiqyaslı antiterror əməliyyatı üçün milli konsensus lazımdır.

Busaat.az xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Mohammed Asif bildirib.

Asif 2014-cü ilin dekabrında Pişəvərdə hərbi məktəbə edilən və əksəriyyəti uşaq olmaqla 150-dən çox insanın həlak olduğu hücumu xatırladıb və 2010-2017-ci illərdə terrora qarşı uğurlu əməliyyatların aparıldığını bildirib.

Terrora qarşı genişmiqyaslı əməliyyata başlamaq üçün milli konsensusa ehtiyac olduğunu ifadə edən Asif, “Terrorun toxumlarını özümüz əkdik”, – deyə bildirib.

Asif qeyd edib ki, Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) Əfqanıstanı işğal edəndə Pakistan ABŞ-a kirayə xidmətlər təklif edib.

Pakistanın ABŞ-la yaxşı münasibətlərə malik olması lazım olduğunu bildirən Asif, “Ancaq onların əmrləri və beynəlxalq təsirləri üçün mübarizə aparmamalıyıq. Əvvəlcə ölkəmizi qaydaya salmalıyıq. Ölkəmiz qaydasında deyil”, – əlavə edib.

Qeyd edək ki, Pakistanın Hayber Paxtunxva əyalətində dünən günorta namazı zamanı məscidə hücum nəticəsində 100 nəfər ölüb, 225 nəfər yaralanıb.

Pakistan 2010-cu ildən artan terror hücumlarına görə Əfqanıstanla sərhədə yaxın ərazilərdə bir sıra hərbi əməliyyatlara başlayıb.

 

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul