Papa Üçüncü Dünya müharibəsinin başladığını elan etdi

image-papabackend

“Üçüncü Dünya müharibəsi artıq başlayıb”.

Busaat.az  “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk jurnalistlərlə görüşündə deyib.

“Bir neçə il əvvəl ağlıma bizim 3-cü Dünya müharibəsini hissə-hissə yaşadığımızı demək gəlmişdi. Bu gün hesab edirəm ki, 3-cü Dünya müharibəsi artıq elan olunub”, – deyə Roma Papası söyləyib.

Papa, həmçinin Afrikanın bəzi bölgələrində, Nigeriyanın və Konqonun şimalında baş verən münaqişələrdən də danışıb: “Bu ərazilərdə müharibə hələ də davam edir və heç kim buna əhəmiyyət vermir”.

“Dünya müharibə vəziyyətindədir”, – deyə Roma Papası fikrini yekunlaşdırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90