Pariji YARAT-da “dağıtdılar”

image-img-20211222-wa0017-1024x1024backend

 «Səhnə» teatrı 21 dekabr tarixində YARAT Müasir İncəsənət Mərkəzində «Bir dəfə Qarabağda» tamaşasını yenidən tamaşaçılara təqdim edib.

Busaat.az xəbər verir ki, tamaşa mərhum aktyor, Respublikanın əməkdar artisti Elşən Çarhanlının əziz xatirəsinə ithaf olunub.

M. F. Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərinin motivləri əsasında müzikl janrında hazırlanan “Bir dəfə Qarabağda” tamaşası  dəfələrlə səhnə və kino kontekstində tamaşaçı ilə üz-üzə dayanan obrazların köməyi ilə bu dəfə onları bir başqa ovqatla Qarabağa apardı. Tamaşa uğurlu alınıb, aktyor oyunu və ecazkar musiqi tamaşaçılar tərəfindən dəfələrlə alqışlanıb.

Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli, şeirlərin müəllifi isə Eminquey Akifdir. Rolları Əhliman Ərşadlı, Ramil Məmmədov, Mətanət Eres, Elçin Hacı, Abdulla Elşadlı, İranə Kərimova, Ülvi Haşim, Ruhiyyə Yəhyayeva, Qüdrət Fətullayev və Absalam Həşimli ifa ediblər.

Tamaşada musiqiləri qədim milli musiqi alətlərindən ibarət “Əsrlərin sədası” ansamblı səsləndirib. Ansamblın bədii rəhbər Məmmədəli Məmmədovdur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki