Parlament seçkiləri: Prezidentliyə keçmiş namizədlər hansı dairələri seçdilər?

image-152backend

Xəbər verdiyimiz kimi, 2024-cü il sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri baş tutacaq.

Busaat.az xəbər verir ki, dünən Yeni Azərbaycan Partiyası seçkidə iştiirak edəcək namizədlərinin siyahısını açıqlayandan sonra digər partiyaların da mandat uğrunda mübarizə aparacaq namizədləri bəlli oldu.

Namizədlərin arasında müxtəlif şəxslər, o cümlədən builki prezident seçkilərində iştirak etmiş siyasətçilər də var.

Bəs prezidentliyə keçmiş namizədlər hansı dairələrdə mandat uğrunda mübarizə aparacaqlar?

Prezident seçkilərində səslərin 2,17 faizini toplayaraq 2-ci yerdə qərarlaşan Zahid Oruc həm də bu günə qədər Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.

2020-ci ildə namizədliyini 94 saylı Bərdə kənd seçki dairəsindən verən deputat bu il mübarizəsini 33 saylı Xətai 1-ci seçki dairəsindən davam etdirəcək. O bu il də bitərəf namizəd olaraq çıxış edəcək.

Zahid Oruc bu dairədən namizəd oldu

Zahid Oruc

Böyük Qurtuluş Partiyasının sədri, prezident seçkilərində 3-cü yer tutaraq 1,99 faiz səs toplayan Fazil Mustafa bu il də namizədliyini 2005-ci ildən təmsil etdiyi 26 saylı Sabunçu 1-ci seçki dairəsindən irəli sürüb.

Fazil Mustafa Milli Məclis komitəsinin sədri seçilib

Fazil Mustafa

Prezidentliyə namizədliyini verən zaman 85.411 nəfərin etimadını qazanaraq 1,72 faiz səs toplayan Qüdrət Həsənquliyev isə ƏHD Partiyasının sədri olaraq namizədliyini 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən verib. Qeyd edək ki, bu, onun ilk namizədlik təcrübəsi deyil. Artıq 5 çağırışdır ki, deputat olan Q.Həsənquliyev 2020-ci ildə də 36 saylı dairədən mandat əldə etmişdi0

.Qüdrət Həsənquliyev partiyasının adını DƏYİŞDİRİR

Qüdrət Həsənquliyev

“Region Beynəlxalq Analitik Mərkəzi”nin və Milli Cəbhə Partiyasının sədri, həmçinin, prezidentliyə seçkilərdə 5-ci yerdə qərarlaşarn (0,80 faiz səs) toplayan Razi Nurullayev yenidən İmişli seçki dairəsindən namizədliyini irəli sürəcəyini bildirib.

Razi Nurullayev AXCP-sini AMCP-yə çevirdi

Razi Nurullayev

Seçkilərdə rəqibi Razi Nurullayevdən 0,14 faiz səslə geri qalıb Prezidentliyə namizədlik cədvəlində 6-cı yerdə qərarlaşan Elşad Musayev isə 2020-ci ildə keçirilmiş parlament seçkilərində 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur, lakin buradan mandat qazana bilməmişdir. Bu il yenə özünü sınamaq qərarına gələn Böyük Azərbaycan Partiyasının rəhbəri 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Milli Məclisdə təmsil edilmək uğrunda yarışa qatılacaq.

Elşad Musayev səs verdi - DHAPress.com

Elşad Musayev

Nəhayət, namizədlərdən Fuad Əliyevə isə sorğu göndərsək də, o, zənglərimizi cavablamayıb.

Fuad Əliyev Azərbaycandan qaçıb? - “Prezident seçkisində qazandığım uğur kimlərəsə mane olur” Yeni Sabah

Fuad  Əliyev

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki