Mən Azərbaycanla 2022-ci ilin sonuna qədər danışıqlar apardım: mənim danışıqlarım zamanı onlar heç nə tələb etməyiblər”.
Busaat.az xəbər verir ki, bunu Qarabağdan qovulmuş separatçıların qondarma “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyan İrəvanın Baqramyan prospektində jurnalistlərə bildirib.
O qeyd edib ki, indi onların Azərbaycanla heç bir əlaqəsi yoxdur, əlaqəni Ermənistan hakimiyyətinin siyasi hakimiyyətinin başçısı saxlamalıdır.
V.Balasanyan Ermənistan hakimiyyətinə dəfələrlə müraciət ünvanlayaraq öz xidmətini təklif etdiyini söyləyib.
“Qoy Nikol Paşinyan inkar etsin ki, mən bir dəfə deyil, 11 dəfə müraciət etmişəm. Xidmət etməyə, mənə veriləcək tapşırılanı yerinə yetirməyə hazır olduğumu bildirmişəm”, – Vitali Balasyan deyib.
Balasanyanın sözlərinə görə, Ermənistanın baş naziri onun xidmətində maraqlı olmayıb.