Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

Paşinyan bütün adamlarını nəzarətə götürür – MTX HƏRƏKƏTƏ KEÇDİ

image-pasinyan-2

Ermənistan Milli Təhlükəsizlik Xidməti Dövlət Təhlükəsizliyi Xidmətinin sistemdən çıxarılması və ona birbaşa tabe olan bir qurum statusu verilməsini istəyir.

Busaat.az xəbər verir ki, bu barədə “Qraparak” yazıb.

Bildirilib ki, baş nazir Nikol Paşinyan DTX-yə etibar etmir. MTX də bununla bağlı təklif etdiyi qanun layihəsini ictimai müzakirəyə çıxarıb.

“Bu, baş nazir və ailəsinin təhlükəsizliyini təmin edən xidmətdir. Dövlət Təhlükəsizlik Xidmətinin əsas məqsəd və vəzifələri dövlətin mühafizə obyektlərini təhdid edən təhlükənin proqnozlaşdırılması və müəyyənləşdirilməsi, bu təhdidlərin qarşısının alınması üçün kompleks tədbirlərin həyata keçirilməsi olmalıdır. Burada Nikol Paşinyanın DTX-yə etibar etmədiyi və öz mühafizəçilərini nəzarətinə götürməyə qərar verdiyi təəssüratı yaranır”,- qəzet yazır.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul