Rusiya nüvə silahı sayəsində müstəqil və azad qaldı.
Busaat.az TASS- a istinadən xəbər verir ki, bunu Moskva və Bütün Rusiyanın patriarxı Kirill deyib.
Onun sözlərinə görə, əgər Kurçatovun işi olmasaydı, ölkəmizin mövcud olub-olmadığını söyləmək çətin olardı.
“Bu qüvvə sayəsində Rusiya müstəqil, azad qaldı və əlbəttə ki, biz ölkəni praktiki olaraq xilas edən alimlərimizin bu gözəl şücaətini qəlbimizdə və yaddaşımızda hər zaman saxlamalıyıq”, – deyə Kirill qeyd edib.
Pəri Əlizadə,
Busaat.az