Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

“Pəncə Qartal-2” antiterror əməliyyatı başa çatıb 48 terrorçu məhv edilib

image-ce653013161328797637587548810836727

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Qara bölgəsində apardığı “Pəncə Qartal-2” antiterror əməliyyatı başa çatıb.

Bunu əməliyyat mərkəzini ziyarət edərkən Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Qeyd edilib ki, əməliyyat zamanı 3-ü terror təşkilatının lideri olmaqla, ümumilikdə 48 terrorçu məhv edilib, 2 nəfər isə sağ ələ keçirilib. Bu müddət ərzində PKK-nın hücumları nəticəsində 13 dinc sakin və Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi həlak olub, 3 hərbçi isə yaralanıb.

Əməliyyatlar zamanı terrorçulara aid sığınacaq, silah-sursat anbarı, qərargah da daxil olmaqla, ümumilikdə, 50-dən çox hədəf məhv edilib.

Qeyd edək ki, “Pəncə Qartal-2” antiterror əməliyyatı 2021-ci il fevralın 10-da başlayıb.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul