Pentaqondan Türkiyənin Suriya əməliyyatına ETİRAZ

image-_0cd54backend

Ötən gecə Türkiyə Müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub.

Busaat.az xəbər verir ki, görüşdə Pentaqonun Suriyaya qarşı bir müddətdir gündəmdə olan hərbi əməliyyatla bağlı Hulusi Akara xəbərdarlıq etdiyi bildirilib.

Noyabrın 13-də İstanbulun İstiqlal küçəsində törədilən terror aktından sonra Türkiyə Silahlı Qüvvələri (TSK) Suriyada hərbi hava əməliyyatı həyata keçirməyə başlayıb. Bundan sonra quru əməliyyatlarının başlayacağı barədə də müxtəlif xəbərlər yayılıb.

Terror təşkilatı tərəfindən İstiqlal küçəsində dinc sakinləri hədəf alan terror aktından sonra həm Ankaradan, həm də Suriyadan gələn açıqlamalar mümkün quru əməliyyatına hazırlıq kimi şərh edilib və bu istiqamətdə dünən diqqətçəkən bir görüş baş tutub.

Müdafiə naziri Hulusi Akar Pentaqon (ABŞ Müdafiə Nazirliyi) rəhbəri Lloyd Austin ilə telefon danışığı aparıb.

Pentaqondan verilən açıqlamada Ostinin Türkiyənin Suriyaya qarşı yeni hərbi əməliyyat başlatmaması ilə bağlı Akar-a çox sərt reaksiya göstərdiyi bildirilib. Görüş zamanı qeyd olunub ki, Ostinin noyabrın 13-də baş verən hücumla bağlı başsağlığı verib.

“Pentaqon rəhbəri Ostin Suriyanın şimalı ilə Türkiyə arasında gərginliyin artması, o cümlədən bölgədəki tərəfdaşlarımızla birbaşa işləyən ABŞ personalının təhlükəsizliyini təhdid edən son hava hücumundan narahatlığını ifadə edib” – deyə, Pentaqon bildirib.

“Nazir Ostin gərginliyin azaldılmasına çağırarkən, Türkiyənin Suriyada yeni hərbi əməliyyata qəti etirazı ilə bağlı xəbərdarlıq edib” – deyə, əlavə edilib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90