Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı qadının meyiti çayda aşkar edilib.
Busaat.az xəbər verir ki, itkin düşmüş soydaşımız Adilə Mehdiyevanın cansız bədəni Oder çayından tapılıb.
Adilə Mehdiyeva ötən ilin 17 dekabr tarixində iki aylıq övladı ilə birgə itkin düşmüşdü. Həmin gün A.Mehdiyeva azyaşlı övladı ilə təhlükəsizlik kameralarına düşmüşdü. Yaşadığı binanı tərk edərkən kameraya düşən 28 yaşlı qadından daha sonra heç kim məlumat ala bilməmişdi.