Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft94.63 $▼8.59%
  • WTI neft88.04 $▼8.10%
  • Avropa qazı (TTF)85.03 €▼7.65%
  • Təbii qaz (ABŞ)2.950 $▲2.75%
  • Qızıl4 072 $▲2.66%
  • Gümüş52.33 $▲4.74%
  • Pambıq78.09 ¢▲1.04%
  • Buğda599.25 ¢▲1.01%
  • Bitcoin80 664 $▲4.31%
  • Ethereum2 436 $▲7.25%
  • S&P 5007 689▲1.59%
18°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Gündəm

Prezidentdən 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlər göstərənlərlə bağlı – Sərəncam

????????????????????????????????????
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Prezident İlham Əliyev “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncam imzalayıb.
Busaat.az ın xəbərinə görə, sərəncam koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlər göstərilməsinin səmərəli təşkili məqsədi daşıyır. Sənədə əsasən, sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının bir misli miqdarında müddətli əlavə müəyyən edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müddətli əlavənin şamil olunacağı işçilərin əhatə dairəsini və əlavənin ödənilmə müddətini müəyyən etmək tapşırılıb.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=8101