Prezidentdən Elmira Axundova ilə bağlı – Sərəncam

image-elmirabackend

Azərbaycanın Ukraynadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri, Xalq yazıçısı Elmira Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Busaat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

E.Axundova Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, 2020-ci ildən Azərbaycanın Ukraynadakı səfiri olan E.Axundova iki gün öncə vəzifəsindən geri çağırılmışdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90