Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft100.81 $▼2.62%
  • WTI neft93.55 $▼2.35%
  • Avropa qazı (TTF)88.17 €▼4.24%
  • Təbii qaz (ABŞ)2.908 $▲1.29%
  • Qızıl4 053 $▲2.18%
  • Gümüş52.05 $▲4.18%
  • Pambıq78.15 ¢▲1.11%
  • Buğda601.00 ¢▲1.31%
  • Bitcoin78 315 $▲1.27%
  • Ethereum2 317 $▲1.98%
  • S&P 5007 569▲0.35%
19°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056

Prezidentdən Qarabağa müttəfiq köməyi ilə bağlı – Tapşırıq

image-preesas2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qarabağda işlərlə bağlı, tikintiyə töhfənizə görə sağ olun. Həmçinin iqtisadiyyat nazirinə tapşırıram ki, sizin köməyinizlə daha hansı layihələrin reallaşdırıla biləcəyi nəzərdən keçirilsin”.

Busaat.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə keçirilən görüşdə deyib.

“Böyük Qayıdış” proqramı kifayət qədər genişmiqyaslıdır. Bu ilin sonunadək bizim 2021-ci ildən bəri yatırmağa başladığımız sərmayələrin ümumi həcmi yəqin ki, 10 milyard dollardan az olmayacaq. Praktik olaraq, elə bu yaxınlarda mənzillərin tikintisinə başlamışıq, yəni, hər şey əsasən infrastruktura yönəldilib. Mənzillərin tikintisi isə kütləvi şəkildə başlayıb. Biz artıq qayıtmaq istəyən 100 min nəfərdən 8 mindən bir qədər çoxunu yerləşdirmişik. Yəni, zənnimcə, mənzil tikintisi bütün infrastruktur başa çatdıqdan – 2026-cı ildən sonra olacaq, bu, əsas istiqamətə çevriləcək. Ona görə də bütün layihələr üzrə bizdə qərargah, təşkilat komitəsi var. İqtisadiyyat Nazirliyi investisiya layihələri ilə məşğul olur. Bu səbəbdən əlaqə saxlayın, düşünürəm ki, bizim növbəti görüşümüzdə siz hansı layihələrin həyata keçirildiyini deyə biləcəksiniz”, – Azərbaycan lideri qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=145895