PUA operatorlarının hazırlanması sahəsində dost ölkələrlə əməkdaşlığa hazırıq

image-47549401_0_87_1600_988_1920x0_80_0_0_e5ab0e01839233056c7b7d73cc0da897-jpg-1backend

İran dron operatorlarının hazırlanması sahəsində dost ölkələrlə əməkdaşlığa hazırdır?

Busaat.az xəbər verir ki, bu barədə İran Hərbi Hava Qüvvələrinin komandanı bildirib.

“Şəhid Səttari adına Hərbi Hava Qüvvələri Mühəndislik Akademiyasında PUA fakültəsi açılıb və biz bir neçə ildir ki, operatorlar hazırlayır və dost ölkələrə əməkdaşlığa hazır olduğumuzu bildiririk”, – general deyib.

O, bildirib ki, İran radara görünməyən pilotsuz təyyarələrin yaradılması proqramını həyata keçirir.

Qeyd edək ki, bir müddət əvvəl ölkənin müdafiə idarəsinin  hazırladığı 200-dən çox strateji pilotsuz uçuş aparatı İran ordusuna təhvil verilib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90