Putin Paşinyanı cavabsız qoyub…

Putin Paşinyanı cavabsız qoyub…backend

Zəngəzur bölgəsindən keçən Gorus-Qafan yolu bağlandıqdan dərhal sonra Ermənistanın Baş naziri Nikol Paşinyan dəfələrlə Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

Busaat.az  xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Avqustun 25-i sözügedən yolun Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının əsgərinə Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında iki erməni hərbçisi tərəfindən edilmiş hücumun ardınca Ermənistanın Gorus və Qafan vilayətlərini birləşdirən, bir hissəsi Azərbaycan ərazisindən keçən yol bağlanıb.

Məlumata əsasən, yolun bağlanmasından dərhal sonra Paşinyan iki gün ərzində durmadan Putinlə əlaqə yaratmağa cəhd edib. Putin isə öz növbəsində Paşinyanın zənglərinə cavab verməyib.

Rusiyanın siyasi dairələrində belə bir fikir var ki, Rusiya Prezidenti bunu etməklə Nikol Paşinyana izah etmək istəyib ki, heç bir sərhəd məsələsi onun vasitəçiliyi olmadan həll edilə bilməz və Rusiyanı hər hansı yolla üstələməyə çalışmaq sadəcə mənasız bir hərəkətdir”, – deyə qəzet yazır.

Qeyd edək ki, iki gün davam edən üçtərəfli danışıqlardan sonra avqustun 27-si Gorus-Qafan yolu açılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90