“Rossiya 1” telekanalının müxbiri Pavel Zarubin “Moskva. Kreml. Putin” proqramının efirində ilk dəfə Rusiya Prezidenti Vladimir Putinin yenilənmiş “Aurus Senat” avtomobilini nümayiş etdirib.
Busaat.az xəbər verir ki, o, müvafiq videonu teleqram kanalında yayımlayıb.
Jurnalist qeyd edib ki, dövlət başçısı mayın 7-də Kremldə keçiriləcək andiçmə mərasiminə bu avtomobillə gələcək.
İlk baxışdan yeni avtomobil 2018-ci ildə prezidentin inauqurasiyasındakı avtomobildən çox da fərqlənmir. Bununla belə, avtomobilin ön hissəsi, eləcə də qanadları dəyişdirilib.
Avtomobilin yaradıcıları Zarubinə bildiriblər ki, avtomobil sələfi ilə müqayisədə daha müasirdir.