Qalaktikanın valehedici görüntüsü: “Yaradılış Sütunları” görüntüləndi

image-6040567328202976998backend

 James Webb Kosmik Teleskopu Yerdən təxminən 6500 işıq ili uzaqlıqda, İlan bürcündəki Qartal Dumanlığında sıx hidrogen və toz buludunun görüntüsünü çəkib.

Busaat.az xəbər verir ki, bu barədə məlumat BBC xəbər agentliyində yer alıb. Xəbərlərə əsasən, James Webb Kosmik Teleskopu Yerdən təxminən 6500 işıq ili uzaqlıqda, İlan Bürcündəki Qartal Dumanlığında sıx hidrogen və toz buludunu müşahidə edib.

ABŞ Aerokosmik Agentliyi (NASA) tərəfindən buraxılan James Webb Kosmik Teleskopu Hubble Kosmik Teleskopu tərəfindən qeydə alınan “Yaradılış Sütunları” kimi tanınan toz buludunun görüntüsünü çəkib.

Avropa Kosmik Agentliyinin baş elmi məsləhətçisi Prof. Mark McCaughrean hadisə ilə bağlı bildirib: “1990-cı illərdən bəri Qartal Dumanlığını tədqiq edirəm. Daha əvvəl Hubble Kosmik Teleskopu tərəfindən qeydə alınan şəkildəki sütunların içərisində yeni ulduzları görməyə çalışıram. Mən James Webb Teleskopunun nümayiş etdirdiyi şəkillərin valehedici olduğunu bilirdim”.

Xatırladaq ki, NASA 25 dekabr 2021-ci ildə Hubble Kosmik Teleskopunun varisi olan dünyanın ən böyük və ən qabaqcıl kosmik teleskopu James Webb Kosmik Teleskopunu kosmosa göndərib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki