Qalstyanın istefası gözlənilir

image-qalstyanbackend

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini Stepan Qalstyanın vəzifəsindən istefa verəcəyi gözlənilir.

Busaat.az  xəbər verir ki, bu barədə “Zhoghovurd” qəzeti mənbələrinə istinadən bildirib.

Qəzet yazır ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Nikol Paşinyanın psixi vəziyyətindən, həmçinin sərhəd məsələləri və Azərbaycanla münasibətlərə yenidən baxılmasının zəruriliyi ilə bağlı xəyanətkar fikirlərindən narazıdır.

Bildirilir ki, demək olar, bütün rəsmi şəxslər Baş nazirin davranışını qeyri-adekvat hesab edir və yaxın zamanlarda işdən çıxarılma və istefaya dair bəyanatlar davam edəcək.

Qeyd edək ki, daha əvvəl Ermənistan KİV-lərində Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və hətta Milli Təhlükəsizlik Xidmətində kütləvi istefaların gözlənildiyi bildirilmişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90