“Qarabağ” “Ludoqrets”i darmadağın etməklə pley-offda! – YENİLƏNİB

image-28backend

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında Azərbaycan klubu rəqibinin qapısından daha bir qol keçirib.

Busaat.az xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda 118-ci dəqiqədə Yasin Benziya fərqlənib.

Bu qoldan sonra hesab 7:2 “Qarabağ”ın xeyrinə dəyişib.

 

00:30

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında Azərbaycan klubu rəqibinin qapısından ard-arda iki qol keçirib.

Busaat.az xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda 111-ci dəqiqədə Redon Cica, 112-ci dəqiqədə isə Patrik Andrade meydan sahiblərini məyus edib.

Bu qollardan sonra hesab 6:2 “Qarabağ”ın xeyrinə dəyişib.

 

00:07

 

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında “köhlən atlar” hesabdakı fərqi artırıb.

Busaat.az xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda təmsilçimiz hesabı 2:4 edib.

93-cü dəqiqədə Toral Bayramov komandasının növbəti qoluna imza atıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

 

00:05

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında birinci əlavə hissə başlayıb.

Busaat.az xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunun əsas vaxtı təmsilçimizin qələbəsi ilə başa çatıb – 3:2.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesabı ilə qalib gəldiyi üçün ümumi hesab bərabərləşib.

Qarşılaşmanın taleyi hər biri 15 dəqiqədən ibarət iki əlavə hissədə də həll olunmasa, penalti zərbələrinə ehtiyac duyulacaq.

 

23:59

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında 90 dəqiqə başa çatıb.

Busaat.az xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunun əsas vaxtı təmsilçimizin qələbəsi ilə başa çatıb – 3:2.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesabı ilə qalib gəldiyi üçün ümumi hesab bərabərləşib.

Qarşılaşmanın taleyi hər biri 15 dəqiqədən ibarət iki əlavə hissədə də həll olunmasa, penalti zərbələrinə ehtiyac duyulacaq

 

23:13

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında ikinci hissə başlayıb.

Busaat.az xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda təmsilçimiz hesabda öndədir – 3:2.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

 

22:57

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında ilk hissə başa çatıb.

Busaat.az xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda təmsilçimiz üçüncü qolu vuraraq fasiləyə üstün yollanıb – 3:2.

45+5-ci dəqiqədə Patrik Andrade adını tabloya yazdırıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

22:48

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında hesab bərabərləşib.

Busaat.az xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda təmsilçimiz hesaba tarazlıq gətirib – 2:2.

45+1-ci dəqiqədə Yasin Benziya penalti zərbəsini dəqiq yerinə yetirib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

 

22:21

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında ikinci qol vurulub.

Busaat.az xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda meydan sahibləri hesabı bərabərləşdirib – 1:1.

13-cü dəqiqədə Dua Kvadvo dəqiq zərbə müəllifi olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

22:08

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında hesab açılıb.

Busaat.az xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda Azərbaycan klubu hesabda önə çıxıb.

7-ci dəqiqədə Juninyo fərqlənib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

 

***22:00

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçı start götürüb.

Busaat.az xəbər verir ki, qarşılaşma “Ludoqorets Arena”da keçirilir.

Matçı italiyalı baş hakim Simone Soçça idarə edir.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki