Qarabağ Universitetinə qəbul planı artırıldı

image-1747832526_d55329e2-bec9-47b5-a7fc-5c1b32a4593d_qarabag726820655_251ce61985af6faceb967ec87bde0404jpg-1747984681backend

Qarabağ Universitetinə qəbul planı 28.5% artırılıb.

Busaat.az xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə bağlı keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə çıxış edib.

Onun sözlərinə görə, Qarabağ Universitetinə 2025-ci il üzrə qəbul planı 28.5% artırılaraq 1440 yerə çatdırılıb. Bu addım regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr hazırlığının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Məleykə Abbaszadə, həmçinin, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu planı haqqında məlumat verərək, ümumilikdə 60 489 plan yerinin ayrıldığını bildirib.

O qeyd edib ki, ötən illə müqayisədə plan yerləri 2.21% və ya 1309 yer artırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki