Qarabağda daha 14 erməni hərbçinin meyiti tapıldı

image-ermeni-axtarisbackend

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 14 erməni hərbçinin meyiti tapılıb.

Busaat.az erməni mətbuatına istinadən xəbər verir ki, cəsədlərdən biri Xocavənd, digər 13-ü isə Cəbrayıl istiqamətində aşkarlanıb.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 344-ə yüksəlib.

Hazırda axtarış işləri Hadrut və Sünik istiqamətlərində davam etdirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki