Çempionlar Liqasında Liqa mərhələsinin III turuna start verilib.
Busaat.az bildirir ki, ilk oyun günündə 9 matç baş tutub.
Turun mərkəzi qarşılaşması Madriddə baş tutub. Turnirin son finalçıları üz-üzə gəliblər. Qalib “Real” hazırkı lider “Borussiya”nı sınağa çəkib. Qonaqlar fasiləyə 2:0 hesabı ilə üstün yollansalar da, ikinci hissədə ssenari dəyişib. Karlo Ançelottinin komandası 5 qol vuraraq inamlı qələbə qazanıb.
İlk iki turda xal itirməyən “Yuventus” büdrəsə də, “Aston Villa” uğurlu seriyanı davam etdirib.
Qeyd edək ki, tura oktyabrın 23-də yekun vurulacaq.
Çempionlar Liqası
Liqa mərhələsi
III tur
22 oktyabr
20:45. “Milan” – “Brügge” – 3:1
20:45. “Monako” – “Srvena Zvezda” – 5:1
23:00. “Arsenal” – “Şaxtyor” – 1:0
23:00. “Aston Villa” – “Bolonya” – 2:0
23:00. “Jirona” – “Slovan” – 2:0
23:00. “Yuventus” – “Ştutqart” – 0:1
23:00. PSJ – PSV – 1:1
23:00. “Real” – “Borussiya” D – 5:2
23:00. “Şturm” – “Sportinq” – 0:2