Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
12°Bakı
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
Dünya

Aİ ölkələrinin liderləri büdcə danışıqlarını tərk etdi – Brüsseldə gərginlik

Aİ ölkələrinin liderləri büdcə danışıqlarını tərk etdi – Brüsseldə gərginlik
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avropa İttifaqının (Aİ) yeddi üzv ölkəsinin nümayəndələri 2028–2034-cü illər üzrə büdcə müzakirələrinə etiraz olaraq Brüsseldə keçirilən sammiti tərk ediblər.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Danışıqları tərk edən ölkələr Almaniya, Niderland, İsveç, Danimarka, Finlandiya, Avstriya və Belçikadır. Sözügedən dövlətlər Avropa İttifaqının xərclərinin azaldılmasını müdafiə edirlər. Onlar Avropa Şurasının prezidenti Antonio Koştanı kiçik qruplarla görüşlər keçirməklə öz koalisiyalarını parçalamağa çalışmaqda ittiham ediblər.

Əsas fikir ayrılığı büdcənin artırılmasını və kənd təsərrüfatına ayrılan vəsaitin qorunmasını istəyən ölkələrlə xərclərin azaldılmasını, investisiyaların isə müdafiə və təhlükəsizlik sahələrinə yönəldilməsini tələb edən dövlətlər arasında yaranıb.

Fransa Prezidenti Emmanuel Makron büdcənin azaldılması təklifini strateji səhv adlandırıb. İtaliyanın Baş naziri Corcia Meloni isə ölkəsi üçün ədalətli hesab etmədiyi heç bir razılaşmanı imzalamayacağını bildirib.

Avropa Komissiyası ilkin olaraq təxminən 2 trilyon avro həcmində büdcə təklif etmişdi. Antonio Koşta isə bu məbləğin 204 milyard avro azaldılaraq 1,78 trilyon avroya endirilməsini təklif edib. “Politico”nun məlumatına görə, Koşta indi əlavə ixtisarları nəzərdə tutan yeni layihə təqdim etməyə hazırlaşır.

On saat davam edən müzakirələrə baxmayaraq, Aİ liderləri ortaq razılığa gələ bilməyiblər. Büdcə ilə bağlı növbəti razılaşma cəhdi dekabrın 17-də keçiriləcək sammitdə baş tutacaq. Avropalı diplomat və rəsmilərin sözlərinə görə, danışıqlar bir neçə gün və gecə davam edə bilər.

Qeyd edək ki, sammitdən bir gün əvvəl “Reuters” agentliyinə danışan mənbələrdən biri Avropa liderlərinin razılığa gəlməzdən əvvəl danışıqların pozulması və “divarlarda qan görmək” kimi çətin mərhələdən keçməli olacaqlarını bildirmişdi.

Şəhla Sabirli

Busaat.az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=86986