Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
12°Bakı
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
Dünya

Rusiya ordusu üçün daha bir peyk rabitə sistemi hazırlanır – 1 164 peyk orbitə buraxılacaq

Rusiya ordusu üçün daha bir peyk rabitə sistemi hazırlanır – 1 164 peyk orbitə buraxılacaq
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya Silahlı Qüvvələrinin ehtiyacları üçün daha bir aşağıorbitli peyk rabitə sisteminin – “İnnoset”in yaradılması planlaşdırılır. Yeni layihə “Rassvet” sistemi ilə yanaşı fəaliyyət göstərəcək.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəis müavini, general-mayor Vadim Skibitski Britaniyanın “The Times” nəşrinə müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, Moskvanın 10 illik planı hər iki sistem üzrə orbitə 1 164-dən çox peyk çıxarılmasını nəzərdə tutur. Belə ki, 2035-ci ilədək “Rassvet” sisteminin 924 peykinin, 2036-cı ilədək isə Sankt-Peterburqda yerləşən “Geoskan” şirkətinin hazırladığı “İnnoset” şəbəkəsinin 240 aparatının orbitə buraxılması planlaşdırılır.

Skibitski bu cür peyk qruplaşmalarının yaradılmasının qlobal təhlükə yaratdığını vurğulayıb. Onun fikrincə, “Rassvet” sisteminin tam istifadəyə verilməsi müxtəlif silah növlərinin peyk qəbulediciləri ilə təchiz olunmasına, Rusiya PUA-larının və dəniz dronlarının Qara dəniz hövzəsindən xeyli uzaqda – Avropada, Afrikada, Yaxın və Uzaq Şərqdə tətbiqinə imkan verəcək.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiyanın əvvəlcə 2026-cı ilə planlaşdırdığı “Rassvet” peyklərinin üçüncü partiyasının orbitə buraxılması isə təxirə salınıb.

Şəhla Sabirli

Busaat.az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=86987