
AfD liderindən Ukrayna ilə bağlı SƏRT AÇIQLAMA: “Müharibəni artıq uduzub”

Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının lideri Alisa Vaydel Ukraynanın müharibədə artıq məğlub olduğunu bəyan edib.
Busaat.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Vaydelin sözlərinə görə, Almaniya kansleri Fridrix Merts onun yerində olsaydı, dərhal Moskvaya gedərək Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara başlayardı.
O, həmçinin Rusiyanın qələbəsi nəticəsində yeni qaçqın dalğasının yaranacağı ilə bağlı narahatlıqları əsassız hesab edib. Vaydel iddia edib ki, sülh əldə olunduqdan sonra Almaniyada yaşayan ukraynalılar vətənlərinə qayıdacaqlar. Onun fikrincə, ukraynalılara ölkələrinin bərpası üçün ehtiyac olacaq.
Qeyd edək ki, Vaydelin bu fikirləri Ukraynaya Almaniyanın dəstəyi və Rusiya ilə münasibətlərin gələcəyi ətrafında müzakirələri yenidən gündəmə gətirib.
Şəhla Sabirli
Busaat.az























