Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
Cəmiyyət

İlin sonuna qədər əfv fərmanı veriləcək? – Akif Nağıdan AÇIQLAMA

İlin sonuna qədər əfv fərmanı veriləcək? – Akif Nağıdan AÇIQLAMA
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda əfv gözləyən məhkumların ailələri ilin sonuna qədər Prezident tərəfindən müvafiq sərəncamın imzalanacağına ümid edir. Əfv qərarı yalnız azadlığa çıxan şəxslər üçün deyil, uzun illərdir yaxınlarının yolunu gözləyən ailələr üçün də mühüm əhəmiyyət daşıyır. Bəs mövcud vəziyyətdə ilin sonuna qədər yeni əfv fərmanının imzalanması nə dərəcədə realdır? Əfv gözləyən məhkumları hansı perspektivlər gözləyir?

Mövzu ilə bağlı Busaat.az-a açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, müasir cəza siyasətinin əsas məqsədi məhkumların islah olunması və cəmiyyətə yenidən qazandırılmasıdır.

Onun sözlərinə görə, müasir hüquq sistemində əsas yanaşma şəxsin törətdiyi cinayətə görə peşmanlıq hissi keçirməsi, islah olunması və müəyyən müddətdən sonra cəmiyyətə qayıtmasıdır:

“Artıq əvvəlki dövrlərdəki kimi məhkumun təyin olunmuş cəzanı mütləq son gününə qədər çəkməsi yanaşması mövcud deyil. Əsas məqsəd insanların islah olunması, cəmiyyət üçün təhlükə yaratmaması və yenidən faydalı vətəndaş kimi həyata qayıtmasıdır”.

Partiya sədri qeyd edib ki, Azərbaycanda əfv mexanizmi geniş tətbiq olunur və Prezident dəfələrlə bu humanist addıma imza atıb. Onun fikrincə, əfv yalnız azadlığa buraxılan şəxsin deyil, ailəsinin və yaxınlarının da həyatında mühüm dəyişiklik yaradır.

Akif Nağı ilin sonuna qədər növbəti əfv fərmanının verilməsini arzuladıqlarını bildirib. O, xüsusilə uzun müddətdir həbsdə olan ömürlük məhkumların məsələsinə diqqət çəkib.

A.Nağı ömürlük məhkumların əfv məsələsinə yenidən baxılmasını vacib hesab edir.

O, əlavə edib ki, uzun illərdir həbsdə olanlar arasında yaşı irəliləmiş, səhhətində ciddi problemlər yaranmış, ailələri dağılmış şəxslər də var.

Akif Nağı ilin sonuna qədər əfv fərmanının imzalanması ehtimalına da münasibət bildirib. O, qeyd edib ki, adətən əfv qərarından əvvəl Əfv Məsələləri Komissiyası fəaliyyətə başlayır, müraciətləri nəzərdən keçirir və müvafiq təqdimatı Prezidentə göndərir. Lakin hazırda komissiyanın fəaliyyətində belə bir prosesin müşahidə olunmadığını deyib.

“Əfv Komissiyası ən azı bir-iki ay əvvəl fəaliyyətə başlayır, müraciətləri nəzərdən keçirir və sonra Prezidentə təqdim edir. Hələlik komissiyanın işində elə bir fəallıq hiss olunmur. Vaxt var, ola bilər ki, proses başlasın. Biz də gözləyirik, hamı gözləyir. Ümid edirik ki, ilin sonuna qədər növbəti əfv fərmanı imzalanacaq”, – deyə Akif Nağı vurğulayıb.

Şəhla Sabirli

Busaat.az

İlin sonuna qədər əfv fərmanı veriləcək? – Akif Nağıdan AÇIQLAMA

MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=86963