Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
12°Bakı
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
Elm ve tehsil

Buraxılış imtahanlarına iki yeni fənn əlavə ediləcək? – Ekspertdən CAVAB

Buraxılış imtahanlarına iki yeni fənn əlavə ediləcək? – Ekspertdən CAVAB
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Son dövrlər təhsil sistemində imtahanların təkmilləşdirilməsi və şagirdlərin biliklərinin daha geniş qiymətləndirilməsi məsələsi müzakirə olunur. Bu baxımdan IX və XI siniflərin buraxılış imtahanlarına informatika və məntiq fənlərinin də əlavə edilməsi ehtimalı maraq doğurur.

Bəs bu fənlərin imtahan proqramına daxil edilməsi nə dərəcədə realdır və şagirdləri yaxın gələcəkdə yeni imtahan gözləyirmi?

Mövzu ilə bağlı danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Azərbaycan təhsil sistemi onsuz da imtahan yönümlüdür və şagirdlər kifayət qədər çoxsaylı imtahanlarla üzləşirlər. Onun sözlərinə görə, buraxılış imtahanlarına yeni fənlərin əlavə edilməsi əlavə yük yaradacaq.


Ekspert qeyd edib ki, informatika və məntiq fənlərinin imtahan proqramına daxil edilməsindən əvvəl onların ümumtəhsil məktəblərində tədrisi lazımi səviyyədə təşkil olunmalıdır:

“İnformatika tədrisi müəyyən qədər formalaşsa da, bu sahədə hələ boşluqlar mövcuddur. Məntiq isə ümumtəhsil məktəblərində demək olar ki, tam şəkildə tədris olunmur. Ona görə də ilk növbədə bu fənlərin tədris imkanları genişləndirilməli, şagirdlərin müvafiq bilikləri mənimsəməsi təmin edilməlidir. Bundan sonra onların imtahanlara daxil edilməsi məsələsinə baxmaq olar”.

M.Məmmədlinin fikrincə, məntiq və informatikanın tədrisinə daha erkən mərhələlərdən diqqət yetirilməsi vacibdir. O, hesab edir ki, bu fənlərin ali təhsil pilləsində, xüsusilə magistratura səviyyəsində əhəmiyyətinin artması onların orta məktəbdə də daha sistemli tədrisini zəruri edir.

Ekspertin sözlərinə görə, yaxın bir neçə il ərzində informatika və məntiqin buraxılış imtahanlarına daxil edilməsi mümkün görünür. Lakin hazırda bu istiqamətdə hər hansı qərar yoxdur:

“Belə bir qərar qəbul olunarsa, şagirdlərə əvvəlcədən məlumat verilməli, onların hazırlıq görməsi üçün vaxt ayrılmalıdır. Adətən imtahan proqramında dəyişiklik ediləndə bu barədə qabaqcadan elan verilir və şagirdlərə müvafiq istiqamətdə hazırlaşmaq tövsiyə olunur. Düşünürəm ki, bu il hər iki fənnin buraxılış imtahanlarına əlavə edilməsi gözlənilmir”.

Beləliklə, ekspertin qənaətinə görə, informatika və məntiqin buraxılış imtahanlarına daxil edilməsi perspektivdə mümkün olsa da, bunun üçün ilk növbədə məktəblərdə tədrisin keyfiyyəti və şagirdlərin hazırlıq imkanları artırılmalıdır.// Konkret.az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=86959