Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
9°Bakı
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
Elm ve tehsil

Universitet müəllimlərinin maaşı necə artırıla bilər? – Ekspertdən TƏKLİF

Universitet müəllimlərinin maaşı necə artırıla bilər? – Ekspertdən TƏKLİF
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda universitet müəllimlərinin əməkhaqqı məsələsi yenidən gündəmə gəlir. Ali təhsil müəssisələrində çalışan pedaqoqların maaşları arasında ciddi fərqlərin olması bu sahədə vahid yanaşmanın tətbiqini zəruri edir. Bəs universitet müəllimlərinin əməkhaqqının artırılması üçün hansı mexanizmlərdən istifadə oluna bilər? Bunun üçün ayrıca dövlət proqramına ehtiyac varmı, yoxsa universitetlərin öz gəlirlərini artırması daha effektiv yoldur?

Mövzu ilə bağlı Busaat.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri publik hüquqi şəxs statusuna malikdir və müəllimlərin əməkhaqqını müəyyənləşdirmək baxımından müstəqildir.

Onun sözlərinə görə, universitetlər əldə etdikləri gəlirlər hesabına əməkhaqqı siyasətlərini özləri müəyyənləşdirə bilirlər. Bu səbəbdən də ali təhsil müəssisələrində maaşlar arasında ciddi fərqlər yaranır:

“Bu gün elə universitet var ki, müəllimə 2000 manata yaxın əməkhaqqı verir, digərində isə bu rəqəm 600-800 manat arasında dəyişir. Burada əsas məsələlərdən biri universitetlərin idarəetmə heyətinin qəbul etdiyi qərarlardır. Müəllimin əməkhaqqı onun universitetdəki fəaliyyətindən, dərs yükündən və tutduğu vəzifədən də asılıdır. Elə müəllim var ki, yalnız müəyyən saatlarda dərs deyir, digər vaxtlarda başqa fəaliyyəti ilə məşğul olur. Elə müəllim də var ki, universitetin daimi əməkdaşıdır, səhər saat 9-dan axşam 6-dək orada çalışır və idarəetmə prosesində iştirak edir. Təbii ki, onların əməkhaqqı eyni olmur”.

Ekspert hesab edir ki, universitet müəllimlərinin maaşlarının artırılması yalnız dövlət vəsaiti hesabına həyata keçirilməməlidir. Bunun üçün ali təhsil müəssisələri özlərinin əlavə gəlir mənbələrini formalaşdırmalıdır.

Ramin Nurəliyev qeyd edib ki, inkişaf etmiş ölkələrin universitetləri gəlirlərini təkcə tələbələrin ödədiyi təhsil haqları hesabına formalaşdırmır. Onlar müxtəlif biznes strukturları, sənaye müəssisələri və digər təşkilatlarla əməkdaşlıq edərək əlavə maliyyə imkanları yaradırlar.

“Beynəlxalq təcrübəyə baxdıqda görürük ki, universitetlər müxtəlif istiqamətlərdə konsaltinq xidmətləri göstərir, şirkətlərlə əməkdaşlıq edir, ödənişli konfranslar, seminarlar və təlimlər təşkil edirlər. Məsələn, universitet müəyyən zavodla əməkdaşlıq edərək həmin müəssisənin ehtiyaclarına uyğun mütəxəssislər hazırlaya bilər. Hüquq fakültəsi hüquqi məsləhət xidmətləri, mühasibatlıq fakültəsi müvafiq konsaltinq xidmətləri göstərə bilər. Tibb universitetləri də bu istiqamətdə fəaliyyətlərini genişləndirə bilərlər.

Universitetin nüfuzu və peşəkarlığı yüksək olduqda biznes strukturları müxtəlif xidmətlər üçün məhz həmin ali təhsil müəssisəsinə müraciət edirlər. Bu əməkdaşlıqlardan əldə olunan gəlirlər universitetin inkişafına, o cümlədən müəllimlərin əməkhaqqının artırılmasına yönəldilə bilər”.

Ekspertin fikrincə, Azərbaycanda da universitetlərin bu istiqamətdə geniş imkanları var. Lakin bunun üçün ali təhsil müəssisələrinin idarəetmə yanaşması dəyişməli, rəhbərliklər daha fəal olmalı və iş dünyası ilə əlaqələr genişləndirilməlidir.

O, bəzi universitet rəhbərlərinin mövcud idarəetmə modeli ilə kifayətləndiyini düşünür və əlavə edib ki, ali təhsil müəssisələri passiv idarəçilikdən uzaqlaşaraq yeni gəlir mənbələri yaratmağa çalışmalıdır.

Ramin Nurəliyev hesab edir ki, universitetlərin maliyyə imkanlarının genişlənməsi müəllimlərin daha yüksək əməkhaqqı almasına, onların əlavə iş axtarmaq əvəzinə elmi tədqiqatlara və tədris fəaliyyətinə daha çox vaxt ayırmasına şərait yaradacaq.

Beləliklə, ekspertin yanaşmasına görə, müəllimlərin maaşlarının artırılmasında əsas mexanizmlərdən biri universitetlərin maliyyə müstəqilliyindən səmərəli istifadə etməsi və əlavə gəlir mənbələri yaratmasıdır.

Şəhla Sabirli

Busaat.az

Universitet müəllimlərinin maaşı necə artırıla bilər? – Ekspertdən TƏKLİF

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=86889