
Estoniyanın xarici işlər naziri Kiyevə səfər edib

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Rusiyanın ölkələrin açıq müharibə astanasında olması ilə bağlı bəyanatları fonunda Ukraynaya səfərə gəlib.
Busaat.az xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.
Estoniyalı nazir sosial mediada Ukrayna paytaxtından görüntülər paylaşaraq "Sabahın xeyir, Kiyev" sözlərini yazıb.
Xatırladaq ki, bundan əvvəl Estoniyanın Baş naziri Kristen Mixal ERR telekanalına müsahibəsində ölkəsinin Ukraynaya Rusiyaya zərbələr endirmək üçün öz ərazisindən, hava məkanından və akvatoriyasından istifadə etməyə icazə verməyəcəyini bildirib.
"Biz müttəfiqlərimizə və Ukraynaya bildirmişik ki, zərbələr üçün öz hava məkanımızı, dənizimizi və ya quru ərazimizi təqdim etmirik — heç kim bunlardan istifadə edə bilməz", — deyə Baş nazir Estoniyanın Ukraynadan Baltik dənizindəki gəmilərə zərbə endirməməyi xahiş edib-etməməsi ilə bağlı sualı cavablandırarkən vurğulayıb.
Şəhla Sabirli























