
Medvedevdən Boris Consona hədə: “London müharibənin sonunda mövcud olmaya bilər”

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun Ukraynaya dərhal NATO qoşunlarının göndərilməsi ilə bağlı çağırışlarını kəskin tənqid edib.
Medvedev Consonu müharibənin ilk aylarında sülh danışıqlarının pozulmasında ittiham edib. O, keçmiş baş naziri “saçları dağınıq degenerat” və “nadir təxribatçı” adlandırıb.
Rusiya rəsmisi Rusiya ilə NATO arasında müharibə başlayacağı təqdirdə Consonun Londondakı Trafalqar meydanında asılmalı olduğunu bildirib. O, həmçinin belə bir qarşıdurma başa çatana qədər Britaniya paytaxtının mövcud olmaya biləcəyini istisna etməyib.
“Saçlı sosiska nəsillərə ibrət olsun deyə orada yellənməlidir. Qoy orta əsrlərdə olduğu kimi həftələrlə assın və qoxusun. Hərçənd, təxribatçı sağ qalarsa, müharibənin sonuna qədər doğma Londonu mövcud olmazsa, onu başqa yerdə də asmaq olar”, – deyə Medvedev bildirib.
Şəhla Sabirli
Busaat.az























