
Tramp: Müharibənin bitməsi üçün dəqiq vaxt qoymamışam

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin dediklərini istehza ilə qarşılayıb. Zelenski bildirmişdi ki, amerikalı danışıqçılar Rusiya-Ukrayna müharibəsini dekabrın sonu və ya yanvara kimi bitirməyi planlaşdırır.
Bu xəbəri "New York Post" yayıb.
Jurnalistlər Trampdan soruşublar ki, ABŞ həqiqətən də bu vaxtlarda müharibəni bitirmək istəyirmi.
Tramp suala gülərək və otaqdakı baş köməkçisinə baxaraq belə cavab verib: "Bunu kim deyib? O, mənim nə etməyimi istəyir?"
ABŞ prezidenti əlavə edib ki, danışıqlar üçün heç bir vaxt məhdudiyyəti qoymayıb: "Mənim dəqiq vaxt çərçivəm yoxdur. Mən sadəcə bunun bitməsini istəyirəm."
Beləliklə, Tramp müharibənin yanvara kimi bitəcəyini təsdiqləməyib və əsas məqsədinin sülh olduğunu deyib.
Şəhla Sabirli
Busaat.az























