
ABŞ Prezidenti: "İrana qarşı əməliyyatlar üçün yanvarın sonuna qədər maliyyəmiz var"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehrana qarşı hərbi kampaniyasının 2027-ci ilin yanvar ayının sonuna kimi maliyyə təminatının olduğunu bildirib.
Amerika lideri bu barədə "The New York Post" nəşrinə müsahibəsində ABŞ Konqresinə keçirilən aralıq seçkilərdə demokratların qələbəsi fonunda İrana potensial zərbələrin endirilməsi üçün zaman çərçivəsinin daralıb-daralmaması ilə bağlı sualı cavablandırarkən danışıb.
"Yanvarın sonuna qədər, ümumilikdə, maliyyəmiz var", – deyə Tramp qeyd edib.
Nəşrin məlumatına görə, prezident etiraf edir ki, yanvar ayında yeni çağırış Konqres işə başladıqdan sonra hər iki palatada çoxluq qazanan demokratlar onun İranla bağlı hərbi imkanlarını məhdudlaşdıra bilərlər.
Trampın sözlərinə görə, hazırda demokratlar "qələbəni məğlubiyyətə çevirməyə" çalışırlar.
Şəhla Sabirli
Busaat.az























