Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
11°Bakı
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
Dünya

Avropada supermarketlərin soyuducularına kiberhücum: İranın adı hallanır

Avropada supermarketlərin soyuducularına kiberhücum: İranın adı hallanır
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avropanın bir sıra ölkələrində supermarketlərdə quraşdırılmış soyuducu sistemlərinə qarşı kiberhücumların İranın “Şəhid Kavə” (Shahid Kaveh) adlı haker qrupu tərəfindən həyata keçirildiyi bildirilir.

Busaat.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri xüsusi xidmət orqanlarına və öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, adını 1980-ci illərdə İran-İraq müharibəsi zamanı öldürülən İran komandiri Mahmud Kavədən götürən qrup İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kiber-elektron Komandanlığının nəzarətində olan bir neçə haker birliyindən biridir.

Hücumlar ilk olaraq Fransada qeydə alınıb. Belə ki, oktyabrın 11-12-də hakerlər təxminən 700 supermarketdə soyuducu qurğuların parametrlərini uzaqdan dəyişiblər.

Noyabrın 2-nə keçən gecə isə Almaniya, İsveç, Belçika və Finlandiyada onlarla supermarketin soyuducu sistemləri kiberhücuma məruz qalıb. Daha sonra İtaliyada da analoji hücumlar barədə məlumat yayılıb.

FT-nin yazdığına görə, qrup tez-tez “CyberAv3ngers” təxəllüsü ilə fəaliyyət göstərir. Bu qruplaşma daha əvvəl də kritik infrastruktur obyektlərinə qarşı hücumlar həyata keçirib. Belə ki, 2023-2024-cü illərdə ABŞ-ın bir sıra ştatlarında su təchizatı, istehsalat və nəqliyyat sahələrində istifadə olunan İsrail istehsalı sənaye idarəetmə sistemlərini sındırıb.

Məqalədə qeyd olunur ki, Fransa hakimiyyəti kiberhücumlarda əli olduğu ehtimal edilən üç İran vətəndaşı barəsində beynəlxalq həbs orderlərinin verilməsinə çalışır.

Onların arasında ABŞ kəşfiyyatının SEPAH-ın Kiber-elektron Komandanlığının rəhbəri hesab etdiyi Həmid Rza Ləşkəriyan, eləcə də “Şəhid Kavə” təşkilatının 37 yaşlı rəhbəri Mehdi Ləşkəriyan və 35 yaşlı Rza Sələrvənd var.

Şəhla Sabirli

Busaat.az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=86881